Nənə nəvəsinin yarışını izləməyə gəldi, top vurub öldürdübackend

Nənə nəvəsinin yarışını izləməyə gəldi, top vurub öldürdü

İngiltərənin Somerset qraflığında Tonton şəhər sakini reqbi üzrə yarışlarda gənc nəvəsini dəstəkləməyə gəlib və başına dəyən topun zərbəsindən həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The Mirror” nəşri yayıb.

Yanvarın 12-də 69 yaşlı Jennifer Selvud tribunadan reqbi üzrə yeniyetmə komandasında oynayan nəvəsi Ellisi seyr etməyə gəlib. O, artıq getməyə hazırlaşırmış. Bu zaman nəvəsi beş dəqiqə də qalmağı xahiş edib. Həmin beş dəqiqə isə onun ömrünə son qoyub. Belə ki, oyunçulardan birinin atdığı top onun başına dəyib.

İnsanlar ona kömək etməyə tələsiblər. Təcili tibb işçiləri çağırıblar. Həkimlər ona beyin sarsıntısı diaqnozu qoyublar və Selvudu şəhər xəstəxanasına yerləşdiriblər. Daha sonra vəziyyəti ağırlaşan xəstəni Bristol şəhərində başqa bir xəstəxanaya aparıblar. Orada Selvud komada iki həftə qalıb və yanvarın 25-də vəfat edib.

Selvudun Kolin adlı əri, Kler və Daniel adlı uşaqları və dörd nəvəsi var. 

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*