Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldıbackend

Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən qadınlar arasında Çempionlar Liqası matçına təyinat alıb.

KONKRET.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, N.İsmayılova bu gün 1/4 finalda baş tutacaq “Numiya” (İtaliya) və “Eczaçıbaşı” (Türkiyə) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, İtaliyanın Milan şəhərində təşkil olunacaq matçı rumıniyalı Tudor Pop və serbiyalı Stanislava Şimiç idarə edəcəklər. Qarşılaşmanın “challenge” hakimi isə yunanıstanlı Mixail Temelis olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*