Nərimanov rayonunda nəqliyyatın hərəkəti BƏRPA EDİLDİbackend

Nərimanov rayonunda nəqliyyatın hərəkəti BƏRPA EDİLDİ

Bakının “Nərimanov” metrostansiyası yaxınlığındakı yollarda tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə KONKRET.az-a BNA-dan məlumat verilib.

Bildirilir ki, yanğınla əlaqədar metronun “N.Nərimanov” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarından “Nərimanov” metrostansiyasının çıxışında olan ticarət mərkəzində güclü yanğın başlayıb. Bu səbəblə həmin küçənin girişində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*