“Nərimanovun nəinki heykəlini sökmək, əksinə tarixi irsini yaşatmaq lazımdır” – Rəsul Quliyevbackend

“Nərimanovun nəinki heykəlini sökmək, əksinə tarixi irsini yaşatmaq lazımdır” – Rəsul Quliyev

Azərbaycanda Nəriman Nərimanovun əleyhinə danışanlar tapılıb. Hətta onun heykəlini sökmək ideyasında bulunanlar da var. Çox təəssüf edirəm.

KONKRET.az xəbər verir ki, bu fikirləri 1995-1996-cı illərdə Milli Məclisin 1-ci sədri olmuş Rəsul Quliyev səsləndirib. O bildirib ki, Nərimanovun Azərbaycan xalqına, onun dilinə, milli ənənələrinin qorunmasına fövqaladə xidmətlərini görməyənlər yazıq adamlardır: “Azərbaycan və başqa respublikaların Stalinin proyekti ilə Sovet İttifaqının tərkibində avtanom respublikalar kimi yox müstəqil dövlətlər kimi daxil olmasında Nəriman Nərimanovun müstəsna rolu var. O dövrdə Azərbaycanın paytaxtı Bakıda rusların sayının azı 7 faiz azərbaycanlılardan çox olmasına baxmayaraq, hökümət aparatlarında işləyən çinovniklərin 60 faizdən çoxunu soydaşlarımız təşkil edirdi. Bu isə məhz Nərimanovun sayəsində mümkünləşmişdi. Elə buna görə də, onu bir millətçi kimi Azərbaycandan uzaqlaşdırdılar. Sonrada Moskvada anlaşılmaz şəkildə həlak oldu. Nərimanovun nəinki heykəlini sökmək, əksinə onun tarixi irsini yaşatmaq lazımdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*