Netanyahu çarəsiz durumda: “Girovları azad etmək üçün…”  backend

Netanyahu çarəsiz durumda: "Girovları azad etmək üçün..."  

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi ABŞ-la birlikdə radikal HƏMAS hərəkatının əlində olan girovların qaytarılması üçün alternativ variantlar axtarır.

KONKRET.az xəbər verir ki, o, bunu yeni mübadilə sazişi üzrə danışıqların gedişini şərh edərkən deyib.

Netanyahu X sosial şəbəkəsindəki səhifəsində yazıb:

“ABŞ-dan olan müttəfiqlərimizlə birlikdə girovları evlərinə qaytarmaq, HƏMAS terroruna son qoymaq, İsrail və bütün region üçün davamlı sülhü təmin etmək məqsədilə alternativ variantları nəzərdən keçiririk. Razılaşmaya əsas maneə isə HƏMAS-ın mövqeyidir”. – Netanyahu vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*