İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Qəzza zolağında müharibəni davam etdirəcək.
KONKRET.az xəbər verir ki, Netanyahu bilsirib ki, İsrai qələbə çalana qədər dayanmayacaq.
“Biz müharibəni sona qədər davam etdirəcəyik, HƏMAS məhv edilənə, qələbəyə qədər döyüşəcəyik. HƏMAS terrorçularının yalnız iki variantı var, ya təslim olacaqlar ya da öləcəklər.Qəzza zolağında dayanacağımızı düşünənlər reallığı unudurlar. Biz məqsədimizə çatana qədər döyüşü dayandırmayacağıq. Tələbimiz HƏMAS-ın məhvi, girovların azad edilməsi və Qəzza zolağından gələn təhlükənin aradan qaldırılmasıdır. Biz HƏMAS-ın yaxın və uzaq tərəfdaşlarına hücum edirik”-deyən Netanyahu digər detalları açıqlamayıb.
Vəli Həsənov,
KONKRET.az