Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək?backend

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək?

Baş nazir Benyamin Netanyahu ilə İsrailin təhlükəsizlik xidmətinin (ŞABAK) rəhbərlərindən biri Tzachi Zamir arasında hökumətin qapalı iclasında ciddi gərginlik yaşanıb. Söz atışmasının səbəbi Netanyahunun Qəzza zolağının tam işğalı ilə bağlı planları olub.

KONKRET.az bildirir ki, bu barədə İsrailin “KAN” telekanalı məlumat yayıb.

Zamir baş nazirə bildirib ki, bu plan İsraili strateji tələyə salır, hərbi qulluqçular arasında ağır itkilərə, eləcə də israilli girovların həyati təhlükə ilə üzləşməsinə səbəb ola bilər.

“Müharibə gedə-gedə niyə hücum hədəfinə çevrilirəm?”

Gərgin müzakirə zamanı Zamir, Netanyahunun oğlu Yair Netanyahunun ona qarşı söylədiyi ittihamı da xatırladıb. Yair daha əvvəl bildirib ki, Zamir guya “dövlət çevrilişi cəhdinə rəhbərlik edir”.

Zamir baş nazirdən bu cür hücumların səbəbini soruşaraq, “Qəzzada müharibənin qızğın çağında niyə belə hücumlara məruz qalıram?” deyə narazılığını ifadə edib.

Netanyahu isə cavabında bildirib ki, onun oğlu yetkin bir insandır və öz fikirlərinə görə özü məsuliyyət daşıyır.

“Mənə istefa ilə hədə-qorxu gəlməyin”

Sonda Tzachi Zamir gərginlik fonunda baş nazirə çağırış edib:

“Mənə istefa ilə hədə-qorxu gəlməyin.”

Qeyd edək ki, bu hadisə İsrailin siyasi və hərbi rəhbərliyi arasında Qəzza əməliyyatlarının gələcək mərhələsi ilə bağlı ciddi fikir ayrılıqlarının mövcud olduğunu göstərir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*