“İsrail təzyiqlərin öhdəsindən gələməyə və dünya ilə üz-üzə qalmağa hazırdır”.
KONKRET.az xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib.
O, beynəlxalq təzyiqlər nəticəsində Qəzza zolağında hədəfin dəyişdirilməsini istisna edib. Netanyahu ölkəsinin məqsədinə çatmaq üçün davam etməkdə hazır olduğunu dilə gətirib. Baş nazir döyüşləri dayandırmağa çağıran Makronun səhv etdiyini də vurğulayıb
“Qərb liderləri Qəzza zolağında atəşkəs tərəfdarlarının təzyiqinə boyun əyməməlidir. Çünki İsrail yalnız özünün xeyri üçün deyil, bütün dünya naminə Həmas-ı məğlub edir. İstənilən halda dövlətə və ya hərbçilərə qarşı beynəlxalq təzyiq və ittihamlar ölkənin inadına təsir etməyəcək”, – deyə baş nazir bildirib.
Netanyahu deyib ki, İsrail lazım gələrsə, dünyaya qarşı möhkəm dayanacaq.
Burhan,
KONKRET.az