İsrailin Baş naziri Benyamin Netanyahu “erməni soyqırımının” tanınması ilə bağlı açıqlama verib.
KONKRET.az xəbər verir ki, amerikalı podkaster Patrik Bet-Devid verilişində qeyd edib ki, Holokostu 193 ölkə tanıyıb və bəzi dövlətlərdə onu inkar edənlər hətta həbs cəzası alır:
“Amma “erməni və assur soyqırımı”nı tanımayanlara qarşı belə tədbirlər yoxdur. Mənim üçün əgər hansısa ölkədən “erməni, assur və yunan soyqırımı”nı tanımağı gözləsəydim, bu, İsrail olardı. Niyə hələ də tanımamısınız?”, – deyə o, Netanyahudan soruşub.
Baş nazir Netanyahu cavabında bildirib:“Əslində məncə, biz artıq bunu etmişik, çünki Knesset bu barədə müvafiq qətnamə qəbul edib”.
Podkaster isə dəqiqləşdirib:
“Bu, şəxsi olaraq sizdən, İsrailin Baş nazirindən gəlirmi?”.
Netanyahu isə qəti cavab verib:
“Bəli, mən indi bunu etdim”.
Müşviq Tofiqoğlu
KONKRET.az