İsrailin baş naziri Benyamin Netanyahu hökumət iclasında nazirlərə Qaza ilə bağlı ictimai açıqlamalardan çəkinməyi tapşırıb. Bu barədə parlament müxbiri Mixael Şemeş “KAN Reşet-bet” radiosunun efirində məlumat verib.
KONKRET.az xəbər verir ki, məlumata görə, Netanyahu nazirlərin sosial şəbəkələrdə də mövzuya dair paylaşım etməməsini istəyib.
Baş nazir vurğulayıb ki, bu məsələ ilə bağlı açıqlamalar zərərli ola bilər və bütün çıxışlar yalnız hökumət rəhbərinin mətbuat xidməti ilə razılaşdırılmalıdır.
Müşviq Tofiqoğlu,
KONKRET.az