İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələlərinə həsr olunmuş dar çərçivəli müşavirə keçirib. Görüş təxminən üç saat davam edib.
KONKRET.az xəbər verir ki, İsrailin “KAN 11” telekanalı məlumatlı mənbələrə istinadən bildirib ki, müşavirə zamanı İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında gələcək hərbi əməliyyatlarla bağlı müxtəlif planları təqdim edib.
Mənbənin məlumatına görə, Netanyahu Qəzza zolağının tam işğalı istiqamətində qəti mövqe sərgiləyib və bu istiqamətdə konkret addımların atılmasını dəstəkləyib.
Xatırladaq ki, bölgədə gərginlik hələ də davam edir və İsrailin hərbi əməliyyatları beynəlxalq aləmdə narahatlıq doğurmaqdadır.
Natiq Səlim,
KONKRET.az