Netanyahudan XƏBƏRDARLIQ: “Şəhəri tərk edin”backend

Netanyahudan XƏBƏRDARLIQ: "Şəhəri tərk edin"

“İsrail ordusu yaxın vaxtlarda Fələstinin Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək, bununla əlaqədar yerli sakinlər oranı dərhal tərk etməlidirlər”.

KONKRET.az xəbər verir ki, belə bir xəbərdarlıqla yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu çıxış edib.

Onun ofisi hökumət başçısının videomüraciətini yayıb.

Netanyahu xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada bir neçə çoxmərtəbəli binanı dağıdıb.

“Bütün bunlar yalnız bir başlanğıcdır. Fürsətdən istifadə edərək Qəzza sakinlərinə deyirəm: Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!”, – Netanyahu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*