Netanyahunun Qəzza ilə bağlı YENİ PLANI: HƏMAS-ın cavabı necə olacaq?backend

Netanyahunun Qəzza ilə bağlı YENİ PLANI: HƏMAS-ın cavabı necə olacaq?

“İsrail Qəzzada atəşkəsi uzatmaq və münaqişənin tam həllini gecikdirmək istəyir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.

“İsrail münaqişənin yekun həllinə gətirəcək ikinci mərhələyə keçməkdənsə, Qəzza zolağında atəşkəsi təmin edən sazişin birinci mərhələsinin qeyri-müəyyən müddətə uzadılmasını istəyir. Martın 1-nə nəzərdə tutulan sazişin birinci mərhələsinin başa çatmasına cəmi bir neçə gün qalmış İsrail atəşkəsin ikinci mərhələsinə keçidlə bağlı müzakirələrdə iştirakdan yayınıb. Benyamin Netanyahu bunun əvəzində münaqişənin yekun həlli və qoşunların Qəzzadan tam çıxarılması ilə bağlı hər hansı öhdəlik götürmədən onlarla qalan girovun azad edilməsinə nail olmaq üçün birinci mərhələni uzatmağa çalışır. Netanyahu atəşkəsin daha altı həftə uzadılmasını istəyəcək. Beynəlxalq vasitəçilər isə iki həftəlik müddətə təkid edirlər. Fələstinin radikal HƏMAS hərəkatı çətin ki, yəhudi dövlətinin şərtləri ilə razılaşsın və girovları sərbəst buraxmağa davam etsin”, – deyə nəşr yazıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*