“Azərbaycan beynəlxalq hüquqa görə Bakıya məxsus əraziləri geri qaytarmaqda böyük ölçüdə uğur qazandı. Hansı ki, 1990-cı illərin əvvəllərindən bu ərazilər faktiki olaraq Ermənistanın nəzarətində idi”.
KONKRET.az xəbər verir ki, bu sətirlər tanınmış “New York Times” nəşrindən götürülüb. Məqalədə daha sonra deyilir ki, “Bu 30 il davam edən münaqişəyə əbədiyyən son verilməsi deməkdir. Təbii ki, sülh anlaşmasında Rusiya və Türkiyə əsas pay sahibi oldular. Liviyada, daha sonra Suriyada, indi də Qafqazda qarşılaşan Moskva və Ankara yalnız münaqişəni həll etmək üçün guya hərəkət edirlər. Əslində qaynar nöqtələrdə aktiv iştirakları ilə həm də müharibə qənimətlərini bölüşürlər. Qərb isə qoy düşünsün: səhvi nə oldu?”
Surxay Atakişiyev,
KONKRET.az