NEWS.ru: “Ermənistan qələbə barədə deyil, Şuşanın əldən gedəcəyi təqdirdə uyduracağı yalanı fikirləşir”backend

NEWS.ru: "Ermənistan qələbə barədə deyil, Şuşanın əldən gedəcəyi təqdirdə uyduracağı yalanı fikirləşir"

Yaxınlaşan qış mövsümü Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda texniki düzəlişləri zəruri edir. Sürətlə irəliləyən Azərbaycan Ordusu artıq Şuşa şəhərinə çatıb. Son bir neçə gündə Azərbaycan silahlı qüvvələri üç istiqamətdən Şuşaya yaxınlaşır. Hərbi mütəxəssislərin fikrincə, yaxın gələcəkdə bu ərazidə cəmləşən Azərbaycan batalyonları şəhəri erməni qruplaşmasından azad edəcək. İrəvan üçünsə bu senarinin qarşısını almaq çətin olacaq. Çünki erməni qruplaşmaları arzuolunmaz durumdadır. Zəif təminat, fərarilik və ruh düşgünlüyü erməni ordusunu əməllicə sarsıdıb. Ona görə də Ermənistan Müdafiə Nazirliyi qələbə barədə deyil, Şuşanın əldən gedəcəyi təqdirdə gətirəcəkləri bəhanələri düşünür. Və bir də çalışır ki, maksimum dərəcədə havaların kəskin soyumasına qədər Azərbaycan Ordusunu Şuşaya girişini ləngitsin. Çünki çətin relyefə malik Şuşa kimi şəhərdə yağışlı, qarlı havada hərbi əməliyyatlar aparmaq çox çətindir.

Amma müasir hərbi texnika istənilən hava şəraitində effektiv döyüş əməliyyatları keçirməyə imkan verir. Lakin hər halda əməliyyatları bir qədər ləngidəcək. Relyefin mürəkkəbliyi və havaların pisləşməsi səbəbindən Azərbaycanın zirehli texnikaları müəyyən çətinliklə üzləşəcək.  Bu səbəbdən də, Azərbaycan komandanlığının sürətli  irəliləyiş taktikasından ərazilərin yavaş-yavaş “dişləməsinə” keçəcəyi ehtimalı var. Amma erməni tərəfinin də boş dayanmayacağı bəzi taktiki gedişlər edəcəyi gözlənilir. Bəs, ehtimallar hansılardır?

Birincisi, təxribatçılardan istifadə cəhdləri. Baxmayaraq ki, bu işdə ermənilər o qədər bacarıqlı deyillər. Xatırlayırsınızsa, bu ilin yayında Goranboy bölgəsində ermənilərin təxribat hazırlayan qrup komandiri 23 avqustda azərbaycanlılar tərəfindən saxlanıldı. Ermənistan Müdafiə Nazirliyi  zabit Gurgen Alaverdyanın  pis hava şəraiti səbəbiylə “döyüş mövqelərini yoxlayarkən itkin düşdüyünü” dedi. Beləliklə, də ermənilər xüsusi təyinatlı qruplarının döyüş hazırlığındakı səhvləri etiraf etmiş oldu.

İkincisi, davamlı və dayanıqlı təminat məsələsi. Bu məsələdə Ermənistan açıq şəkildə Azərbaycandan geri qalır. Üstəlik, ermənilərin əsas istismar və tədarük xətləri kəsilmək təhlükəsi altındadır.

Üçüncüsü, yüksək səviyyədə atmosfer radiotexnika və radar sistemlərinin  istifadəsində problemlər yaradır. Eyni zamanda, erməni mütəxəssislərin özləri tərəfindən qeyd edildiyi kimi, “Qarabağ-Telekom” mobil operatorunun bir neçə stansiyası artıq Azərbaycan Ordusunun əlindədir. Bu da qondarma qurumdan İrəvana gedən zəngləri və konkret bölmələrin və şəxsi heyətin yerləşdiyi yerlərlə bağlı məlumatları dinləməyə imkan verir.

Dördüncüsü, PUA-lardan istifadə. Baxmayaraq ki, yağışlı hava şəraitində pilotsuz təyyarələrin (PUA) döyüş əmsalı aşağı düşəcək. Bakının aldığı Bayraktar pilotsuz təyyarələrində Wescam çoxkanallı optik-elektron sistemi var. Yağış, qar, toz, duman və s., qaçılmaz olaraq alınan məlumatların keyfiyyətinə təsir edir.

Beşincisi, yalnız xarici köçürmələrə bağlı olan Ermənistan iqtisadiyyatı böyük boyunduruq altındadır. Sentyabr ayının 27-dən bəri İrəvan ən azı 2 milyard dollar dəyərində texnika itirdi və bu ziyanı ödəmək üçün haradan pul alacağı praktik olaraq cavabı olmayan bir sualdır.

Əvvəllər, Ermənistan Rusiyadan silah və hərbi texnika yalnız kredit xətləri vasitəsilə alırdı. Llakin pandemiya və Qarabağ müharibəsinin alovlanması respublikanın onsuz da zəif iqtisadiyyatında mənfi tendensiyaları gücləndirdi və xarici fondlara ümid ehtimallarını heçə endirdi. Bakı da itkiləri kompensasiya etməli olacaq, lakin itkilər tamamilə fərqlidir. Bunu rəsmi statistika da təsdiqləyir: Bundan əlavə iyul ayında Azərbaycanın strateji valyuta ehtiyatları, pandemiyaya baxmayaraq, ilin əvvəlindən 1,2% artaraq təxminən 51,7 milyard dollar təşkil etdi. Bu da Azərbaycana çox böyük üstünlük verir.

Göründüyü kimi kampaniyanın qış dövrünə girməsi yalnız zahiri cəhətdən erməni tərəfinə pis təsir edir. Bu da o deməkdir ki, Azərbaycan Qoşunları Qarabağın dərinliyinə doğru irəliləməkdə davam edəcək. Göründüyü kimi zaman Ermənistana qarşı işləyir və üstünlük tamamilə fərqli iqtisadi-hərbi gücə sahib olan Azərbaycanın əlindədir.

NEWS.ru. 5 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*