Neymar koronavirusa yoluxdubackend

Neymar koronavirusa yoluxdu

Braziliyanın “Santos” klubunun hücumçusu Neymar koronavirusa yoluxub.

KONKERT.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, bir neçə gün əvvəl virus infeksiyasının başlaması ilə Neymar “Santos” klubunun Tibb Departamenti tərəfindən müayinə olunduqdan sonra laboratoriya yoxlamalarından keçib:

“Yoxlamalar onun COVID-19-a yoluxduğunu təsdiqləyib. Oyunçu simptomların göründüyü gündən etibarən fəaliyyətini dayandırıb. Hazırda evdədir, istirahət edir və həkimin göstərişi ilə simptomatik müalicə alır”.

Qeyd edək ki, bu mövsüm Neymar bütün turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*