Ermənistanda Dağlıq Qarabağdakı hərbi uğursuzluq fonunda potensial olaraq mümkün olan elit dəyişikliyi məsələsi göründüyü qədər sadə deyil. Hazırda İrəvanda yalnız siyasi qüvvələrin konfiqurasiyası ilə deyil, həm də ordu strukturlarının mövqeyi ilə əlaqəli kritik bir problem yaşanır. Lakin, görünən odur ki, hər hansı bir dəyişiklik, vəziyyəti daha çıxılmaz vəziyyətə gətirə bilər. Söhbət Ermənistanın baş naziri Nikol Paşinyanın qərbyönümlü yeni bir namizədlə əvəz olunmasından gedir.
Hazırda Ermənistandan həyəcan siqnalları gəlir: hakimiyyətin ən yüksək eşalonlarında kadr dəyişikliyi qeydə alınır, Paşinyanın səfərbərlik çağırışları eşidilir. Lakin hələ də Ermənistan silahlı qüvvələrində nizamsızlıq və fərarilik müşahidə olunur. Bunu hökumət başçısının çıxışları sübut edir. “Əlbətdə ki, müharibədə plov paylanmır, müharibə əlbəttə ki, qarışıqlıq yaradır, lakin hər kəs bilməlidir ki, döyüş meydanından qaçan bir şəxs cəzalandırılmalı və heç bir bəhanə qəbul edilmir”, – bunlar Paşinyanın oktyabrın 26-da Facebook-da paylaşımında qeyd edilib. İrəvanın rəsmi versiyasına görə, döyüşlərdə ağır yara alan qondarma “respublika”nın Müdafiə naziri Cəlal Arutyunyan da daxil olmaqla yüksək rütbəli erməni zabitlərinin məhvi xoş gələcəkdən xəbər vermir.
Eyni zamanda, İrəvanda iki il əvvəl itirilən hakimiyyətdəki mövqeləri bərpa etmək istəyən erməni siyasi elitasının “Qarabağ klanı” adlandırılan ikinci bir dəstə ortaya atılıb. Əlbətdə ki, “Qarabağ klanı”nın hədəfi qısa zamanda Qarabağ savaşında dönüş yaratmaq deyil. “Qarabağ klanı”nın hakimiyyətə gəlişinin əsas hədəfi Rusiyanın İrəvana yardımının intensivləşməsinə nail olmaqdır. Bu da öz növbəsində heç olmasa Azərbaycan qoşunlarının münaqişə zonasında sürətli irəliləməsinin qarşısını almaq üçün bir ümid sayılır. Təəccüblü deyil ki, bu məqsədlə Qarabağdakı əhali tərəfindən bəzi hərbi obyektlər barədə məlumatların Azərbaycana “sızdırılması” barədə şayiələr çoxalır. Beləcə, Paşinyanın təsirini minimuma endirmək üçün real addımların atılması gözlənilir.
Bu, Şuşadakı məktəblərdən birində yerləşən və “Qarabağ sui-qəsdçilərinin yuvası” üzərində İrəvanın tam nəzarətini təmin etməyə göndərilən polis dəstələrinin Azərbaycan silahlı qüvvələri tərəfindən vurulması ilə əlaqədardır. Buna baxmayaraq, “Qarabağ” ultrasəsçiləri Ermənistanda hakimiyyətə gəlsələr, (Qərbmeylli Paşinyandan fərqli olaraq), bu ərazi münaqişəsinin tam hüquqlu həlli üçün növbəti çıxılmaz vəziyyət deməkdir. Bakıda Ermənistanın keçmiş prezidentləri Sarkisyan və Köçəryan hərbi cinayətkar sayılır. Onların açıqlamaları mübahisə rolunu oynayır. Beləliklə, Köçəryan kitabında Qarabağdakı sovet bölmələrinə və şəxsən iştirak etdiyi Sovet zabitlərinə qarşı terror hücumlarının epizodlarını açıq şəkildə təsvir edir.
İrəvandakı elitanın belə bir şübhəli dəyişikliyi bölgədə sülhün gələcəyinə kömək edəcəyi inandırıcı deyil. Daha doğrusu, Qarabağı uzun müddət qeyri-sabitlik zonasına çevirəcək və hətta Rusiya maraqları üçün risklər gətirəcəkdir. Ermənistanın danışıqlar prosesinin müntəzəm olaraq pozulmasından bezən Rusiya rəhbərliyinin hazırkı mövqeyi iki bərabər tərəfdaşına – Ermənistan və Azərbaycanın vəziyyəti müstəqil şəkildə həll etməsinə, Qarabağın statusu məsələsinə birdəfəlik son qoymasına fürsət açmaqdır. Yalnız bu əsasda Rusiya tərəfi Cənubi Qafqazda siyasi və iqtisadi inteqrasiya layihələrinin tam hüquqlu həyata keçirilməsini və daha geniş şəkildə – Türkiyə və İranın iştirakı ilə ciddi şəkildə nəzərəti ələ keçirə bilər.
“Независимая газета“, 27 oktyabr 2020.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az