“Nezavisimaya qazeta”: “Ermənistan Dağlıq Qarabağdakı strateji təşəbbüskarlığını itirdi”backend

"Nezavisimaya qazeta": "Ermənistan Dağlıq Qarabağdakı strateji təşəbbüskarlığını itirdi"

24 saatlıq bir sükutdan sonra tanınmamış respublikanın rəhbərinin mətbuat katibi Vaqram Poqosyan Facebook-da DQR qüvvələrinin Şuşa şəhərinə nəzarət etmədiklərini etiraf etdi. Bu itki Azərbaycan qoşunları üçün tanınmamış respublikanın paytaxtı – Stepanakertə yol açır.

Bundan əvvəl Prezident İlham Əliyev tərəfindən Dağlıq Qarabağın Şuşa şəhərinin nəzarətə götürülməsi ilə bağlı açıqlama vermişdi. “Mən xoşbəxt insanam, çünki atamın vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu böyük bir Zəfərdir! ” – demişdi. Bazar ertəsi gününün əksər hissəsində erməni tərəfi bu məlumatı inadla inkar edərək şəhər uğrunda döyüşlərin davam etdiyini bildirdi. Bakı buna cavab olaraq erməni tərəfinin şəhər uğrunda gedən döyüşlərdə uğursuzluğunu gizlətmək və cəmiyyətini sakitləşdirmək üçün Şuşa üzərində nəzarəti bərpa etməsi ilə bağlı yanlış məlumatlar yaydığını iddia etdi. Azərbaycan Ordusunun Şuşa şəhərini tamamilə idarə etdiyini bəyan edirik. Azərbaycan Müdafiə Nazirliyi video görüntü paylaşdı.

Şuşa Dağlıq Qarabağın strateji nöqtəsidir. Laçın-Stepanakert magistral yolu burdan keçir və hərbi münaqişə zonasındakı Ermənistan ordu birləşmələrinin təchizatı burdan gedir. Bu yola nəzarətə götürülməsi DQR-nin blokadasının başlanğıcı deməkdir. İkinci marşrut olan Vardenis-Mardakert yolu da Qarabağı Ermənistanla birləşdirir. Amma müharibənin başlanğıcından bəri Azərbaycan hərbçiləri tərəfindən bu yol da nəzarətə götürülüb.

Hərbi ekspert Aleksey Ramm hesab edir ki, Azərbaycan hərbçilərinin uğur qazanması əsasən xüsusi təyinatlı qüvvələrin imkanlarından istifadə ilə bağlıdır: “Müharibənin ilk mərhələsində Azərbaycan mobil hücum bölmələrindən fəal şəkildə istifadə etdi. “Hücum təyyarəsi” erməni bölmələrinin və alt birliklərinin irəli mövqelərini dağıtdı. Sonra DQR-nin ətrafındakı taktiki əhəmiyyətə malik ərazilər nəzarətə götürüldüDiqqətə çatdırmaq lazımdır ki, dörd il əvvəl də Azərbaycan hərbçiləri mobil hücum qruplarından fəal şəkildə istifadə etmişdi. Ancaq o zaman əməliyyatlar qəfil durdurulmuşdu. 2016-cı il döyüşlərinin nəticələrinə əsasən, Azərbaycan hərbçiləri düzgün taktika seçdi və  bu dəfə daha böyük uğurlar qazandı.

Azərbaycan hərbçilərinin qısa zamandan sonra Stepanakert yaxınlığında döyüşməsi faktı əslində çox şey deyir. Hərbi Elmlər Akademiyasının professoru Vadim Kozyulin bildirir ki, erməni qüvvələrinin ehtiyatları məhdud olduğundan və bütün cəbhə boyu hücuma kifayət qədər cavab verə bilməmələrindən istifadə edərək, azərbaycanlılar sözün əsl mənasında ermənilərə döyüş dərsi keçdilər.

“Qeyd etmək lazımdır ki, cəbhənin mərkəzi və eyni zamanda şimal-şərq sektorlarında Azərbaycan hərbçiləri yalnız düşmənin müdafiəsini sındırmaq cəhdlərini göstərdilər. Bir neçə yerdə yeni mövqelər ələ keçirməyi və möhkəmlənməyi bacardılar. Şimalda Azərbaycan dağ atıcıları və komandolarından ibarət mobil qruplar düşmənin müdafiəsinə dərin nüfuz etdilər. Ancaq erməni komandanlığı kifayət qədər tez hərəkət etdi və qarşı tərəfi durdura bildi”, – deyə Aleksey Ramm vurğulayıb.

Eyni zamanda, aktiv hücum əməliyyatları Qarabağın cənubunda baş verir. NG-yə verdiyi bir müsahibədə, hərbi ekspert, Arsenal oteçestva jurnalının redaktoru Viktor Muraxovski demişdi ki, Qarabağda hücumun inkişafı üçün taktiki cəhətdən ən sərfəli sahə İranla sərhəddəki ərazilərdir. “Bu, ağır artilleriya və raket silahlarının bütün imkanlarından aktiv şəkildə istifadə etməyə imkan verən nisbətən düz bir ərazidir. Bundan istifadə edən Azərbaycan qısa zamanda taktiki üstünlük qazandı”, – deyə Viktor Muraxovski bildirib. Azərbaycan lideri İlham Əliyev artıq Bakının Qarabağda hərbi əməliyyatların davam etməsini istəməməsi və Ermənistan Silahlı Qüvvələrinin tanınmamış respublika ərazisindən çıxarılması üçün zəmanət gözləməsindən danışıb. “Əgər Paşinyan şəxsən Ermənistanın qoşunlarını Ağdam, Kəlbəcər və Laçından  çıxaracağını bəyan etsə, bizə bir iş qrafiki versə, biz dərhal dayanacağıq. Bu müharibəni davam etdirmək istəmirik. Dayandırmaq istəyirik … Tanıdığım insanlar sözümün sahibi olduğumu bilir. Mən dediklərimi edirəm. Bu gün Paşinyan bunu deyərsə, sizə dərhal söz verəcəyəm. Amma bunu etmir”.

Bu sözlər İlham Əliyevin İngilis mediasına verdiyi müsahibəsinin “Azetag” İA tərəfindən yayılmış versiyasından götürülüb.

Öz növbəsində Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın ARD telekanalına verdiyi müsahibəsində hərbi əməliyyatlar kontekstində Qarabağ nizamlanmasına dair danışıqlardan danışmağın normal, lakin qeyri-real olduğunu deyib.

Şuşa şəhərinin ələ keçirilməsi əslində münaqişənin nəticəsini əvvəlcədən müəyyənləşdirdi. Bakı yaxın vaxtlarda qələbədən danışmağa imkan verən mənəvi deyil, həm də strateji üstünlük əldə etdi. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemində diqtə edən tərəf Azərbaycandır.

“Nezavisimaya qazeta”, 9 noyabr  2020.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*