Bakı Dağlıq Qarabağa hücumunu davam etdirir. İlham Əliyev öz Twitter səhifəsində Dağlıq Qarabağın Cəbrayıl, Zəngilan və Qubadlı bölgələrindəki daha yeddi yaşayış məntəqəsinin Azərbaycan Ordusunun nəzarətinə keçdiyini bildirdi.
İlham Əliyevin sözlərinə görə, Azərbaycan Ordusu Mirək, Kavdar, Məşədiismayıllı və Şəfibəyli kəndləri ilə yanaşı Başarat, Qarakişilər və Qaracallı kəndlərinə nəzarət edir. Bu yaşayış məntəqələrini müasir Google xəritələrində tapmaq demək olar ki, mümkün deyil, lakin bu, Azərbaycan üçün vacib deyil və Bakı ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində hər addımından qürur duymaqa davam edir.
Ermənistan üçünsə vəziyyət son dərəcə çətindir. İranla sərhəd boyunca cənubdan hərəkət edən Azərbaycan Ordusu açıq bir hərbi üstünlüyə malikdir. Hücumun tanınmamış respublikanın əsas şəhəri olan Şuşa şəhərinə yönəlməsi ermənilər üçün “həyat yolu” olan Laçın dəhlizinin bağlanması təhlüksəi yaradır. Çünki Şuşa-Laçın yolu İrəvanı və Stepanakertlə birləşdirən yeganə yoldur. Əslində tanınmamış Dağlıq Qarabağ Respublikasını metropolla birləşdirən əsas arteriyasıdır.
Ən başlıcası, bu məntəqənin ələ keçirilməsi ilə Azərbaycan sülh şərtlərində diktə edən tərəf olmaq imkanı qazanacaq. Bu arada İlham Əliyev erməni tərəfinin Dağlıq Qarabağla bağlı danışıqlarda hər hansı bir spesifikasiya vermədiyinə inanır və Ermənistan ordusundan Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə geri çəkilməsini tələb edir.
“Güzəştlərdən danışarkən, Ermənistan konkret bir şey söyləmir, yalnız öz müqəddəratını təyinetmə hüquqlarını deyirlər. Ancaq öz müqəddəratını təyinetmə onlar tərəfindən uzlaşma deyil”, – deyə İlham Əliyev bildirib. Azərbaycan Prezidenti aktiv toqquşmaların ilk günlərindən etibarən Ermənistan tərəfdən qoşunların Qarabağdan və ətraf bölgələrdən çıxarılması üçün bir cədvəl tələb edib. “Ermənistan bizi dinləsəydi və məntiqli davransaydı, indiki vəziyyətdə özümüzü tapmazdıq. Bəlkə də bu vəziyyətdə müharibə bir ay əvvəl bitmiş olardı”, – deyə İlham Əliyev əlavə edib. Və onu da deyib ki, “Dağlıq Qarabağdakı döyüş əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın 2,7 milyard dollarlıq hərbi texnikasını məhv edib. Lakin məqsədimiz iki xalq arasındakı tarixi qarşıdurmaya son qoymaqdır”.
Buna cavab olaraq, Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan Təhlükəsizlik Şurasının qapalı iclasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən birinin (çox ehtimal ki, Rusiya) Qarabağdakı münaqişənin alovlanması ilə bağlı vahid razılaşmanı pozduğunu bildirib. “Söhbət dərhal atəşkəsə nail olmaq, üçüncü ölkələrin müdaxiləsinə yol veriməməkdən gedir. Təsəvvür edin, ad çəkməyəcəyəm, amma BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bu ölkə əslində buna mane oldu. Nəticədə bu gün biz ancaq atəşkəs çağırışları eşidirik”.
Dmitri Litovkin, “Nezavisimaya qazeta”
Tərcümə etdi: Surxay Atakişiyev,