Müxalifət partiyalarında təmsil olunan bir qrup gəncin formalaşdırdığı “NİDA” təşkilatının keçmiş üzvü Elsevər Nəsrəddin oğlu Mürsəlli cinsini dəyişdirib, qadın olub.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Famil Məcidli məlumat yayıb. F. Məcidli həm də bu prosesin – cins dəyişdirməyin yaratdığı sosio – psixoloji problemləri də təhlil edib.
Qeyd edək ki, bir müddətdir cinsini dəyişdikdən sonra “Nil Monza” adı ilə Tik-Tok-da paylaşımlar edən və Türkiyə türkcəsində danışan şəxsin əslində qadın olmadığı, cinsini sonradan dəyişdiyi məlum olub. Və o da məlum olub ki, bu şəxs əvvəllər məhkum olmuş və bir müddət NİDA Vətəndaş Hərəkatının üzvü olan Elsevər Mürsəllidir.
Onun özü də bunu təkzib etmir və 2017-ci ildə cinsini dəyişib, ərə gedəcəyi ilə bağlı mediaya açıqlamalar vermişdi. Bir müddət Türkiyədə yaşayan və burada bir çox əməliyyatlar keçirən Elsevər (Nil) keçirdiyi əməliyyatların ümumi qiymətini də açıqlayıb. O bildirib ki, Nil olmaq ona təqribən 38-40 min AZN-ə başa gəlib.//Musavat.com