Nikita Xruşevin oğlunun ölüm səbəbi açıqlandı – “Associated Press”backend

Nikita Xruşevin oğlunun ölüm səbəbi açıqlandı – “Associated Press”

Sov. İKP MK-nın birinci katibi, SSRİ Nazirlər Şurasının sədri Nikita Xruşevin oğlu Sergey Xruşevinn ölümünün səbəbi başındakı güllə yarası olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Associated Press” agentliyi yayıb.

Polisin bəyanatına əsasən, Sergeyin bədənində zorakı ölüm əlamətləri tapılmayıb.

Ölüm səbəbi patoloqoanatomik ekspertiza nəticəsində müəyyən edilib.

Sergey Xruşev 18 iyun tarixində 85 yaşında ABŞ-ın Krenston şəhərində evində vəfat edib.

O, raket elmi üzrə alim, politoloq və publisist olub. Soyuq müharibə tarixi mövzusunda ixtisaslaşıb. Braun Universitetinin Tomas Uotson Beynəlxalq Tədqiqatlar İnstitutunun professoru kimi çalışıb.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*