“Nikol, bumeranq effektini unutma, sənin özünü də asfalta yapışdıracaqlar” – Melik-Şahnazaryanbackend

"Nikol, bumeranq effektini unutma, sənin özünü də asfalta yapışdıracaqlar" - Melik-Şahnazaryan

Politoloq Qrant Melik-Şahnazaryan öz Facebook səhifəsində bir status yazıb. Bu haqda məlumatı erməni mediası yayıb.

KONKRET.az həmin statusu sizə təqdim edir:

“Bir az əvvəl polislər “Yaşıl Gələcək” ekoloji ictimai təşkilatının sədri Vaaqn Varaqyanı və “Döyüş Xaçı” ordenini alan Rafael Ovannisyanı saxlayıb. Onları Vayk polis idarəsinə aparırlar.

Canlı izləyənlər polisin Amulsar müdafiəçilərinə qarşı necə kobud və aqressiv hərəkət etdiyini gördülər. Onları yerlə sürüklədilər, boğdular və paltarlarını cırırdılar. Bu, necə həbs üsuludur? Necə düşmənçilikdir? Nikol Paşinyanın hökuməti niyə xalqı bu qədər qəzəbləndirir?

Axı, asfalta yapışdırmaq taktikası bumeranq effekti verəcəkdir. Rafael aprel döyüşləri zamanı düşmənə (Azərbaycanı nəzərdə tutur) qarşı vuruşub. Nə baş verdi ki, Paşinyan birdən qərara gəldi ki, belə bir adamı asfalta yapışdırsın, yerlə sürükləsin. Onlar əsil reallıqdan tamamilə kənara çıxıblar. Anlamırlar ki, bu, əvvəl öz başlarında, sonra isə dövlətin və bizim hamımızın başında  çatlayacaq.

Bu, nəticəsiz qalmayacaq. Bu sözlərimi xatırlayın. Bu, Pandora qutusudur, onu açmaq lazım deyildi”.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*