“Nikol, niyə samanlıqda gizlənibsən, insanlarla danışmırsan, heç nə izah etmirsən?” – Armen Aşotyanbackend

"Nikol, niyə samanlıqda gizlənibsən, insanlarla danışmırsan, heç nə izah etmirsən?" - Armen Aşotyan

Ermənistanın Respublika Partiyasının sədrinin müavini Armen Aşotyan öz Facebook səhifəsində bir status yazıb. Bu haqda məlumatı erməni saytı yayıb.

KONKRET.az həmin statusu sizə təqdim edir:

“Bəziləri dedi ki, Nikol Paşiyan döyüşləri idarə edir, elə deyilmi?

Ermənistanın heç vaxt belə bir qorxaq lideri olmayıb və ümid edirəm ki, heç vaxt olmayacaq. Amulsar ətrafında baş verən polis əməliyyatı bunun bariz nümunəsidir.

Nikol, niyə samanlıqda gizlənibsən? Niyə insanlarla danışmırsan, niyə izah etmirsən?

Bir həll yolunuz varsa, niyə bunu gizli saxlayırsınız və insanlara qarşı güc tətbiq edirsiniz.

Əgər bir həll yolunuz yoxdursa, niyə toqquşmalar zamanı dövlət qurumlarının vətəndaşlara qarşı güc tətbiq etdiyi ölkədə proseslərin getməsinə icazə verdiniz?

Nikol, danış, tərpən, səs ver.

Vaaqn Varaqyana və bütün tutulanlara azadlıq!”.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*