“Dövlətin istənilən addımının, siyasətinin həm imkanları, həm də riskləri var. Xüsusilə kəskin, dönüşlü addımlar və qərarlara gəldikdə. Hakimiyyət müdrikliyi rəhbər tutaraq bu və ya digər addımı o zaman atır ki, ən azı ilkin qiymətləndirməyə görə, onun imkanları və riskləri balanslaşdırılsın, ən yaxşı halda imkanlar riskləri üstələsin. Hər hansı digər qiymətləndirmədə, risklər təsəvvür edilən imkanlardan çox olduqda, bu qərar, siyasət sadəcə olaraq qəbuledilməzdir. Bu, dövlət idarəçiliyinin əsas qaydasıdır ki, istənilən orqan müzakirəsiz riayət etməyə borcludur”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni jurnalist Harutyun Avetisyan yazıb.
O daha sonra fikirlərini belə davam etdirib:
“İndi Ermənistan hökuməti ölkənin xarici siyasi vektorunu dəyişmək istəyir. Mətbuatda dərc olunan təkzibedilməz məlumata görə, Nikol Paşinyan ilin sonuna qədər Avropa İttifaqına (Aİ) üzvlük üçün ərizə vermək qərarına gəlib. Bu, həm imkanları, həm də riskləri olan ciddi xarici siyasət qərarıdır.
Etiraf edək ki, imkanlar baxımından hər şey aydındır: çiçəklənən, demokratik Avropada üzvlüyə namizəd statusu cəlbedici görünsə də, bu qərarın son dərəcə təhlükəli, hətta ontoloji riskləri də var. Doğrudur, Ermənistanı uzunmüddətli perspektivdə inkişaf etmiş ölkəyə çevrilə bilər. Lakin bu istiqamət nəticəsində Rusiya Ermənistanda və regionda ciddi itkilərə məruz qalacaq. Ruslar belə olan təqdirdə hətta regionu tərk etmək məcburiyyətində qalacaq. Rusiya isə buna dözümsüz yanaşmayacaq və özünə qarşı düşmənçilik addımı kimi dəyərləndirəcək. Moskva iqtisadi sahədən başlayaraq, hərbi tədbirlərə qədər İrəvana güclü təzyiq edəcək. Həmin risklər isə nəinki səlahiyyətli orqanlar tərəfindən qiymətləndirilmir, sadəcə olaraq bu detallar nəzərə alınmır.
Moskvanın sərt təzyiqinin Qərbdən gələn təminatlarla zərərsizləşdirilə biləcəyini düşünmək uşaqlıqdır. Təəssüf ki, Ermənistan hakimiyyəti məhz belə davranır. İmkanların və risklərin qiymətləndirilməsi institusional funksiyadır, onu bir şəxs, hətta bir neçə şəxs həyata keçirə bilməz. Lakin Ermənistanda bunun əksi baş verir.
Nikol Paşinyan, ola bilsin ki, yaxın çevrəsinin bir neçə üzvü ilə dövlətə çəhrayı imkanlar vəd edən və bədbəxt risklərlə hədələyən qərar qəbul edib. Mümkün nəticələri dəyərləndirmək və ölçmək əvəzinə, bütün dövlət sistemi onun həyata keçirilməsi ilə məşğuldur. Bu, Ermənistanda funksional demokratiyanın olmadığının, hakimiyyəti cilovlayan və tarazlaşdıran sistemlərin bir və ya bir neçə şəxsin qərarlarına xidmət etməyə çevrildiyinin daha bir bariz sübutudur.
Avropanın parlaq gələcəyi ilə bağlı hakimiyyətin əsassız vədlərini və əfsanələrini daha çox dinləyən isə xalqdır. Xalq isə üzləşə biləcəyi mümkün risklər barədə tam məlumatlı deyil.
Cəmiyyətin çoxu bilmir ki, Nikol Paşinyan və ətrafının cinayət avantürasını məhz onlar ödəyəcəklər”.
Natiq Səlim,
KONKRET.az