“Nissan” ABŞ-da istehsalı DAYANDIRIR – SƏBƏBbackend

"Nissan" ABŞ-da istehsalı DAYANDIRIR - SƏBƏB

Yaponiyanın “Nissan” avtomobil konserni ehtiyat hissələri çatışmazlığı səbəbindən ABŞ-ın Missisipi ştatındakı zavodunda istehsalı azaldacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” şirkətin dilerlərə göndərdiyi bildirişə istinadən məlumat yayıb.

Bildirilir ki, istehsalın azalması “Titan” və “Frontier” pikap modellərinə, həmçinin “Altima” sedanına təsir edəcək. Gözlənildiyi kimi, onların istehsalı bir neçə gün dayandırılacaq.

Məlumata görə, bu yarımkeçirici çiplərin davamlı çatışmazlığı ilə bağlı tədarük zəncirindəki fasilələr səbəbindən baş verib.

Qeyd edək ki, noyabrın 2-də “Yomiuri” qəzeti şirkətin “Sakura” elektromobili və yenilənmiş “X-Trail” üçün də yarımkeçirici çatışmazlığı səbəbindən sifariş qəbulunu dayandırdığını yazıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*