“Nissan” “Opel”lə toqquşdu: Ata öldü, oğlu yaralandıbackend

“Nissan” “Opel”lə toqquşdu: Ata öldü, oğlu yaralandı

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 21-i saat 9 radələrində rayonun Nəcəfqulubəyli kəndi ərazisində Kürdəmir rayon sakini Şaiq Zərbəliyevin idarə etdiyi “Nissan” və Sumqayıt şəhər sakini H.İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Zərbəliyev hadisə yerində ölüb, sərnişini olan oğlu və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*