Niyazi Mehdi reanimasiyaya yerləşdirildibackend

Niyazi Mehdi reanimasiyaya yerləşdirildi

Tanınmış filosof-kulturoloq Niyazi Mehdi reanimasiyaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə teleqrafcom-a Niyazi Mehdinin həyat yoldaşı Dilarə Mehdi məlumat verib.

“Həyat yoldaşım xəstəxanadadır. 10 gündür səhhətində ciddi problem var. Öncə başqa xəstəxanada müalicə aldı, sonra Mərkəzi Gömrük Hospitalına yerləşdirildi. Artıq 6 gündür ki, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsindədir. Ürəyin fəaliyyəti dayanmışdı. Vəziyyəti çox ağırdır”, – Dilarə Mehdi bildirib.

O deyib ki, həyat yoldaşının indi diqqətə ehtiyacı var:

“Biz Niyazi Mehdinin səhhəti haqqında heç kimə məlumat verməmişik. Amma ona çox xoş olar ki, hamı ona diqqət ayırsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*