Niyə bankomat birinci pulu yox bank kartınızı verir? – SƏBƏB ÇOX MARAQLIDIRbackend

Niyə bankomat birinci pulu yox bank kartınızı verir? - SƏBƏB ÇOX MARAQLIDIR

Müasir dünyada demək olar ki, hamı bank kartlarından istifadə edir. Hətta indi nəğdsız ödənişlər daha çox dəbdədir desək, yəqin ki, yanılmarıq. Burada diqqətçəkən məqamlardan biri də bankomatdan pul çıxararkən birinci bizə lazım olan məbləğin yox. bank kartının verilməsidir. Bəs görəsən, bankomatlar niyə birinci pulu yox, bank kartlarını verir? 

Mövzunu KONKRET.az-a şərh edən bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov maraqlı məqama toxunub:

Kəşbək banklar üçün xərcdir” - Əkrəm Həsənov

“Əvvəla bütün banklarda belə deyil. Bankomatlar fəaliyyət üsulunu özləri seçir. Yəni əvvəl pulun, sonra isə kartın verilməsi də mümkündür. Ancaq həm dünyada, həm də Azərbaycanda əksər banklar öncə kartı, sonra isə pulu müştəriyə təqdim edir. Bunun isə çox sadə açıqlaması mövcuddur. Belə ki, banklar müştərinin kartı yadından çıxartmaması üçün bu yolu seçirlər. Yəni öncə pul verilsə, müştəri ona lazım olan vəsaiti götürüb gedə bilər. Belə olan halda isə bank kartının yaddan çıxıb bankomatda qalması ehtimalı daha böyükdür. Ancaq bəzən banklar acgözlük edirlər. Yəni əvvəl pulu, sonra kartı verirlər. Bunun səbəbi isə bankın müştəriyə başqa xidmətlər təklif etməsi ilə bağlıdır. Ümumiyyətlə isə əksər banklar standart mexanizmdən yararlanırlar. Əvvəl kartı, sonra pulu verirlər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*