Niyə peyvənd vurdurmalıyam? – AÇIQLAMAbackend

Niyə peyvənd vurdurmalıyam? - AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) insanların niyə peyvənd vurdurmalı olduğu barədə məlumat verib.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-dən bildirilib ki, vaksinin tərkibində öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxduğumuz zaman qarşılaşdığımız canlı virusla müqayisədə təhlükəsi yoxdur.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib ki, hazırda əhalinin 24 faizi peyvəndlənib:

“Əhalinin ən azı 60 faizi vaksinasiya edilsə, demək olar ki, Azərbaycanda pandemiya bitəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*