Nizami rayonunda qanunsuz tikinti işləri aparılır? – RƏSMİ AÇIQLAMA + YENİLƏNİB + FOTObackend

Nizami rayonunda qanunsuz tikinti işləri aparılır? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB + FOTO

“Sözügedən ərazidə səkinin çökmə olan hissəsində təmir-bərpa işləri aparılırdı”.

KONKRET.az-a bu barədə Nizami Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində qanunsuz tikintinin aparılması və onun dayandırılması ilə bağlı daha öncə yayımlanmış yazılar həqiqəti əks etdirmir:

“Belə ki, sözügedən ərazidə səkinin çökmə olan hissəsində təmir-bərpa işləri aparılırdı. Hazırda ərazidə işlər davam etdirilir, yaxın zamanlarda səki sakinlərin istifadəsinə veriləcək”.

09:53

Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsində aparılan qanunsuz tikinti ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə aydınlıq gətirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən KONKRET.az-a verilən məlumatda bildirilir ki, artıq ərazidə tikinti işləri dayandırılıb: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən ərazidə şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib və Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti və Bəhruz Nuriyev küçəsinin kəsişməsində piyada səkisinin zəbt edilərək (50 kv.m sahədə) yerində qanunsuz parklanma yerinin tikintisi faktı aşkarlanıb.

Nəticədə Baş İdarə və müvafiq rayon icra hakimiyyəti tərəfindən həmin ünvanda aparılan işlər dayandırılıb və piyada səkisi bərpa edilir”.

Natiq Səlim,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*