Gənclər və İdman Nazirliyinin nəzdində olan Xəzər Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın təşkili ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi “Tremix-Co” MMC-dir və qalib şirkətə 2 milyon 158 min manat ödəniləcək”.
KONKRET.az xəbər verir ki, bu bardə iqtisadçı ekspert Natiq Cəfərli məlumat verib. O bildirib ki, “Tremix-Co” ötən il dekabr ayının 9-da dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı isə 10 manatdır: “Korrupsiyanın buynuzu olmur ki… Tender və dövlət satınalmaları haqqında qanunda açıq yazılıb ki, tenderlərdə iştirak üçün şirkətlərin iş təcrübəsi olmalıdır. “Tremix-Co” 3 ay öncə yaranıb, şirkətin saytı da yoxdur. Sayt bir qırağa, bu qurumu heç google də tanımır.
Yaxşı bəs nə baş verdi ki, təcrübəsiz, fəaliyyəti olmayan şirkətə 2 milyon 158 min manatlıq layihə peşkəş edildi?! Bu nə layihədir? “Bədən tərbiyəsi və idmanın təşkili” – bu nə deməkdir?! 2,1 milyon manata uşaqlara idman etdirəcəklər, “1, 2, 3, 4 – kim sevirsə idmanı”, deyəcəklər”?!