Növbədənkənar parlament seçkisi yoxsa, İspan üslubunda öküz güləşi? – AÇIQLAMAbackend

Növbədənkənar parlament seçkisi yoxsa, İspan üslubunda öküz güləşi? – AÇIQLAMA

“Elə təəssürat yaranır ki baş nazirin vəzifələrinin icraçısı və Ermənistanın ikinci prezidenti bu seçkilərdə qalib gəlmək üçün yox, bir-birini məhv etmək uğrunda mübarizə aparırlar”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov səsləndirib. O bildirib ki, növbədənkənar parlament seçkisi onların bir-birini parçalaması üçün fürsətdir: “Diqqətlə fikir verdikdə Ermənistanda iyun ayının 20-nə nəzərdə tutulmuş növbədənkənar parlament seçkiləri İspaniya, Meksika, Kolumbiya, Ekvador, Venesuela, Peru və digər bu kimi ölkələrdə təşkil olunan öküz döyüşlərini xatırladır. Amma burada mübarizə insanla öküz arasında deyil, bir-birini parçalamağa hazır olan iki öküz arasında gedir. Ermənistandakı bu növbədənkənar parlament seçkisini, ağır hərbi məğlubiyyəti və Qarabağ cəbhəsində yaranan yeni status kvonun meydana çıxardığı böhranı aradan qaldırmaq cəhdi kimi də qiymətləndirmək olardı. Məlum olduğu kimi məğlubiyyətdən dərhal sonra ölkədə başlayan qarşıdurmanı aradan qaldırmaq üçün Paşinyan və onun tərəfdarları son variant kimi seçkiyə getməyə razılıq verdilər. Lakin iqtidar müxalifətin irəli sürdüyü şərtlər daxilində deyil, özünə sərf edən qaydalar çərçivəsində seçkini formalaşdırmağa başladı. Müxalifətin, baş nazirin istefasının ardınca bir illik keçid hökumətinin yaradılması və ondan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi yerinə yetirilmədi. Deməli, qarşıdurmanın aradan qaldırılması üçün müxalifəti qane edən addımlar atılmadı. Paşinyanla ona qarşı dayanan qüvvələr arsındakı qarşıdurma sadəcə donduruldu. Parlament seçkilərindən sonra bu qarşıdurmanın yeni qüvvə ilə alovlanacağı heç şübhəsizdir”.

BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır -

Əlimusa İbrahimovun sözlərinə görə, bu cür qəddar mübarizənin səbəbi odur ki, həm Paşinyan, həm də Koçaryan məğlub olduqdan sonra onları nəyin gözlədiyindən xəbərdardırlar: “Koçəryan yenidən həbsxanaya qayıtmaq, hətta işlədiyi hərbi cinayətlər qarşılığında Azərbaycana təhvil verilmək qorxusundan sakitlik tapmır. Paşinyan isə məğlub olmaq və nəticədə onu gözləyən dəmir qəfəsə düşmək istəmir. Ona görə də bu iki namizədin arasında “olum ya ölüm” mübarizəsi gedir. Bu mübarizə eyni zamanda seçkidən sonra qaçılması mümkün olmayacaq vətəndaş itaətsizliyi və ya müharibəsinin başlayacağını deməyə əsas verir”.

Politoloq əlavə edib ki, çoxlarının düşündüyünün əksinə olaraq növbədənkənar parlament seçkiləri Ermənistanda seçkiyə qədər mövcud olan qarşıdurma və xaosu aradan qaldırmayacaq, əksinə daha da şiddətləndirəcək: “Amerika Birləşmiş Ştatlarının regionda fəallığının artırılması istiqamətində atdığı addımları da nəzərə alsaq, ermənilərin uzunmüddətli “qara zolağa” düşdüklərini proqnozlaşdırmaq heç də çətin deyil. Sosial tədqiqatların verdiyi proqnozlara görə isə bu şəraitdə 2 milyonluq erməni əhalisinin bütünlüklə oranı tərk etməsi üçün 3 il kifayət edəcək”.

şviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*