Növbəti köç Xocalının Xanyurdu kəndinə çatdıbackend

Növbəti köç Xocalının Xanyurdu kəndinə çatdı

Növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.

KONKRET.az xəbər verir ki, bu mərhələdə Xanyurdu kəndinə 62 nəfərdən ibarət 19 ailə köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*