Novruz Məmmədov niyə vəzifəsindən istefa verdi? – SƏBƏBİ AÇIQLANDIbackend

Novruz Məmmədov niyə vəzifəsindən istefa verdi? - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanın baş naziri Novruz Məmmədovun təqaüdə çıxması ilə əlaqədar istefa ərizəsi yazdığı haqda xəbər dərc edilib.

KONKRET.AZ xəbər verir ki, məlumatı “RİA Novosti” saytı hökumətdəki mənbəyə istinadən verib.

“İstefa ərizəsi təqaüdə çıxmaqla əlaqədar yazılıb. Təfsilatlar Milli Məclisin saat 12:00-da başlayacaq plenar iclasında bildiriləcək”, – deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun (Naxçıvan MR) Şıxmahmud kəndində doğulub. Baş Nazir vəzifəsinə isə 2018-ci ilin aprelində təyin edilib.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*