Novxanı-Saray yolunda müəmma: Sürücülərin qarışdırdığı siqnallar – VİDEObackend

Novxanı-Saray yolunda müəmma: Sürücülərin qarışdırdığı siqnallar - VİDEO

Baku TV-nin “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.

KONKRET.az xəbər verir ki, bu dəfə Masazırda Duz gölü kimi tanınan ərazidə sürücülərin qarşılaşdığı problem barədə məlumat verilib.

Bildirilib ki, qaydaya görə, Novxanıdan Saray qəsəbəsi istiqamətində düzünə getmək istəyənlər soldan gələnlərə yol verməlidirlər. Çünki düzünə gedənlərə daim yaşıl işıq əlavə bölmədə göstərilir.

Lakin göldən sola dönənlərə isə yaşıl işıq əsas bölmədə yanır. Bunu bilməyən sürücülər kəsişmədə qayda pozuntusuna yol verirlər.

Qaydalardan xəbərdar olanlar isə digər sürücülərə yol verib sonra keçirlər.

Vurğulanıb ki, bəzən yol nişanlarını əsas götürənlər də olur. Yaddan çıxarmaq olmaz ki, yol nişanı yalnız işıqfor işləmədikdə qüvvədə olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*