Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il təvəllüdlü Arif Əsədullayev Dövlət Sərhəd Xidmətində (DSX) baş çavuş imiş.
O, suda batan 15 yaşlı yeniyetməni xilas etmək istəyərkən boğulub.
A.Əsədullayevin hərbi xidmətdən məzuniyyətə gəldiyi bildirilib.Oxu.az