Novxanıda qanunsuz balıq ovlayanlar cəzalandırıldı – FOTOLARbackend

Novxanıda qanunsuz balıq ovlayanlar cəzalandırıldı - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin nümayənədələri Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə sentyabrın 3-də Abşeron rayonunun “Novxanı bağlar massivi” adlanan ərazisində qanunsuz balıq ovu ilə bağlı reyd keçiriblər. 

 

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, reyd zamanı balıqovlama bileti olmadan qanunsuz balıq ovlayan Vüsal Nəcəf oğlu Nəcəfquluzadə və Tərlan Əliyulla oğlu Səttarov müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onlardan sintetik tor vasitəsilə ovlanmış 90 ədəd külmə və 3 ədəd çapaq balığı, həmçinin istifadəsi qadağan edilmiş qanunsuz ov vasitələri götürülüb.

Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi davam edir.

İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcəkdir.

  • Novxanıda qanunsuz balıq ovlayanlar cəzalandırıldı - FOTOLAR
  • Novxanıda qanunsuz balıq ovlayanlar cəzalandırıldı - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*