Noyabrın 16-da şəhid olan hərbçilərin vərəsələrinə ödənişlər həyata keçirilirbackend

Noyabrın 16-da şəhid olan hərbçilərin vərəsələrinə ödənişlər həyata keçirilir

Bu il noyabrın 16-da Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb.

KONKRET.az “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinə istinadən xəbər verir ki, bunu qurumun icraçı direktoru Elmar Mirsalayev bildirib.

“Həmin döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olub, 10 hərbi qulluqçu isə yaralanıb. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) birdəfəlik ödəniş həyata keçirib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçudan ödənişlə bağlı şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər”, – deyə o, qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*