Nümunəvi bələdiyyə sədri – Özü də işçilərlə birlikdə çalışır – FOTObackend

Nümunəvi bələdiyyə sədri - Özü də işçilərlə birlikdə çalışır - FOTO

85 min əhalisi olan Türkiyənin Siirt vilayətinin Şirvan mahalında bələdiyyə sədri Necat Cellek PKK terrorçularının təhlükəsi altında fəaliyyət göstərir.

KONKRET.az xəbər verir ki, təşkilatın edam siyahısında olan Cellek terror təşkilatının hücumu zamanı atasını itirib.

15 ildir ağır şəraitdə çalışan bələdiyyə sədri Prezident Rəcəb Tayyib Ərdoğanın onu bəzi qanun – qaydalardan azad etdiyini deyib. Necat Cellek PKK terrorçuları tərəfindən dəfələrlə təhdid olunduğunu dilə gətirib:

“Buna baxmayaraq, heç nədən çəkinmədən işimin başındayam. İşçilərlə birlikdə, özüm də qum və çınqıl yük maşınlarından istifadə edərək yolların yenilənməsi işində fəhlələrlə birlikdə çalışıram”.

Necat Cellek 2004-cü ildə vəzifəyə gələndə bələdiyyənin tərkibində istifadəsiz qalan buldozer, traktor və köhnə yanğınsöndürən maşını olub: “Zibil traktorla atılırdı. Vaxtaşırı bələdiyyə daxilində təmir işləri aparırıq. 2 buldozer, yanğınsöndürən, yük, kanalizasiya və iki sərnişin maşını aldıq. Ziyafət sarayımız, su anbarımız, tam tutumlu futbol, basketbol və voleybol sahələrimiz, bağça layihəmiz də icra olunma mərhələsindədir.

Hazırda əsas diqqəti yol infrastruklarına ayırdıqlarını deyən bələdiyyə sədri qısa müddətə 7 min kvadratmetr səki çəkdiklərini bildirib.

 

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*