Nur-Sultan və Almatıda insanların evdən çıxışına qadağa qoyuldubackend

Nur-SultanAlmatıda insanların evdən çıxışına qadağa qoyuldu

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstan hakimiyyəti Nur-Sultan və Almatı şəhərlərində karantin rejiminin gücləndirilməsi barədə qərar qəbul edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu  xəbər verir ki, qərara əsasən, martın 28-dən etibarən hər iki şəhərin sakinlərinin evdən çıxışına qadağa qoyulub.

Nur-Sultan və Almatı sakinləri yalnız işə getmək, habelə dərman vasitələri və ərzaq məhsulları almaq üçün evlərini tərk edə bilərlər.

Xatırladaq ki, Qazaxıstanda 109 nəfər koronavirusa yoluxub. Koronavirus təhlükəsi ilə əlaqədar martın 16-dan etibarən ölkədə fövqəladə vəziyyət elan edilib, martın 19-dan isə Nur-Sultan və Almatı şəhərlərində karantin rejimi tətbiq olunub.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*