Nur-Sultanda “Kenesarı Xan” kitabının təqdimatı oldu – FOTOLARbackend

Nur-Sultanda “Kenesarı Xan” kitabının təqdimatı oldu - FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Bu gün Beynəlxalq Türk Akademiyası L.N. Qumilyov adına Avrasiya Milli Universiteti ilə birlikdə Kenesarı Qasımulunun 220 illik yubileyinə həsr olunmuş “Kene xanın şərəfinə” adlı tədbir keçirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli və L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru Yerlan Sıdıkov, eləcə də deputat Berik Abdıqaliuli, Dövlət Tarixi İnstitutunun direktoru Yerkin Abil, direktor müavini Burkitbəy Ayaqan, tarixçi Mambet Koygeldiyev, dövlət və ictimai xadim Jabal Yerqaliyev, Avrasiya Milli Universitetinin prorektoru Dixan Kamzabekulı, ictimai və dövlət xadimi Abay Tasbulatov, filologiya elmləri doktoru Serik Negimov,, o cümlədən görkəmli dövlət və ictimai xadimlər, elmi-tədqiqat mərkəzlərinin rəhbərləri, tanınmış alimlər, universitetlərin professor-müəllim heyəti, o cümlədən media nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində iştirakçılar Nur-Sultandakı Karaotkel qəbiristanlığını ziyarət edib, burada dəfn edilmiş Kenesarı xanın əsgərlərinin xatirəsini anım duası ilə yad ediblər.

Sonra görüş Avrasiya Milli Universitetinin əsas binasında davam etdirilib.
Türk Akademiyasının hazırladığı “Kenesarı Xan” kitabının təqdimatı olub.
Kolleksiyaya Kenesarı xanın və onun qəhrəmanları Naurızbay, Sərjan, Yesengeldinin qəhrəmanlıqlarını təsvir edən əfsanə və tarixi şeirlər toplusu daxildir. Bu əsərlərdə Kenesarının dərin zehni, xanın nəcib təbiəti, qazax torpağını xarici düşmənlərdən qorumaq uğrunda gedən döyüşlər, həlak olmuş döyüşkən qəhrəmanların obrazı təsvir edilib.

Qeyd etmək yerinə düşər ki, ölkədə Kenesarı xanın həyat yolunu, səfərlərini və döyüşlərini təsvir edən çoxlu şeir və rəvayətlər qorunub saxlanılıb. Onların ilk variantları XIX əsrin ikinci yarısından qeydə alınmağa və nəşr olunmağa başlayıb. Xalq mahnısının ilk variantını görkəmli türkoloq V.V. Radlov 1870-ci ildə “Cənubi Sibirdə və Cunqar çölündə yaşayan türk tayfalarının xalq ədəbiyyatı nümunələri” adlı fundamental əsərində “Kenesarının şeiri, Kenesarı nəğməsinin bir neçə ağzı” adı ilə nəşr etdirib.

Türk Akademiyasının hazırladığı “Kenesarı xan” kitabı Ədəbiyyat və İncəsənət İnstitutunun böyük elmi işçiləri tərəfindən tərtib edilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*