Nuradan nazirliyə ağır ittihamlar: ad çəkdi – “Mənə təklif etdilər ki…”backend

Nuradan nazirliyə ağır ittihamlar: ad çəkdi – “Mənə təklif etdilər ki…”

Müğənni Nura Suri Mədəniyyət Nazirliyi ilə bağlı yenidən ağır ittihamlar səsləndirib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

İfaçı bu dəfə nazirliyin başqa bir əməkdaşının əməllərini ifşa edib.

“Mədəniyyət Nazirliyində Nərmin adlı xanım mənə köhnə “Mədəniyyət evi” verməyi və onu təmir etdirməyimi dedi. Bu xanım müğənniləri bir-bir bölgələrdə atılmış “Mədəniyyət evləri”nə direktor təyin edirdi. Əlbəttə, dövlət hesabına nazirlik pul siləcəkdi, müğənnilər öz cibindən binanı təmir etdirəcəkdi və “Mədəniyyət evi”nin işçisisən deyə sənin təqdimatın veriləcəkdi, ad alacaqdın. Mənə də “Əməkdar artist” adı almaq üçün belə bir təklif verilmişdi. Əslində o dönəmlərdə ürəyimdən keçdi, amma valideynlərim yeyinti olacağı deyib icazə vermədilər. Mənim dəyişməməyimin səbəbi də ətrafımda məhz belə vicdanlı insanların olmasıdır. Rüşvət verib nəsə etmək həm dövləti, həm də xalqı aldatmaqdır”.

N.Suri qeyd edib ki, Nərmin xanımla bağlı hadisənin tək şahidi anasıdır:

“Hüquqi tərəfi fikirləşərək çox şeyi açıqlaya bilmirəm. Bir insan nəyisə deyirsə, ona şahid tapa bilmirsə, çətin olur. Mən bir şeyi yazmışamsa, yalan ola bilməz, amma sübutum yoxdur. Jurnalistlərə bu barədə müsahibə versəm, sabah qarşı tərəf “mənə şər, böhtan atır” deyə bilər. Mənzər xanımın “yaxşılığı” keçən, onunla dostluq edən, yeyib içən müğənnilər əlbəttə, onun tərəfində dayanacaqlar. Mən tək olaraq bu qədər insana qarşı nə edə bilərəm? Haqlı ikən haqsız duruma düşəcəm. Amma mənim durumuma düşən çox müğənnilər, hətta Xalq artistləri də var”.

Bundan əvvəl Nura Suri iddia edib ki, bəzi sənətçilər, hətta Xalq artistləri belə, tədbirlərə dəvət almaq üçün Mənzər adlı şəxsə hədiyyə və pul verir. Sənət yoldaşları da Surinin paylaşımına dəstək verərək bunu təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*