Nuranın halı pisləşdi: “Bundan qurtulmağın bir yolu olmalıdır”backend

Nuranın halı pisləşdi: “Bundan qurtulmağın bir yolu olmalıdır

“Kamran Ağabalayevlə müsahibədəydim Baku TV-də. Müsahibə boyunca “panic attack”ımla mübarizə apardım. Qaranlıq, bağlı, pəncərəsi olmayan otaqda boğulurdum və büruzə verməməyə çalışırdım. Sonda halım çox pis oldu, nə qədər gizlətməyə çalışsam da, alınmadı. Bu “panic attack”dan qurtulmağın bir yolu olmalıdır. Mən özümlə mübarizə aparmaqdan yoruluram çox. İnsan çox olan, bir də qapalı yerdə tutur bu zibil”.

KONKRET.az Olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nura Suri deyib.

O bildirib: “Müsahibədən öncə də açılışa getmişdim, adam çox idi. Orda idarə edə bildim. Müsahibədə də necə oldu heç bilmirəm. Utanıram soruşmağa doğru-düzgün cavablandırdım sualları, ya yox?”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*