Nurlan Librenin evindən qızıl götürülüb? – Polisdən AÇIQLAMAbackend

Nurlan Librenin evindən qızıl götürülüb? - Polisdən AÇIQLAMA

İqtisadi fəaliyyət sahəsində olan cinayət faktı ilə əlaqədar həbs edilən Nurlan Qəhrəmanlının (Libre) yaşadığı evdə aparılan axtarışla bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirilib.

KONKRET.az qafqazinfo-ya istinadən bildirir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, barəsində cinayət təqibi həyata keçirilən N.Qəhrəmanlının yaşadığı ünvanda məhkəmə qərarı əsasında özünün və ailə üzvlərinin iştirakı ilə axtarış aparılıb.

“Həmin ünvandan 6650 manat və 975 ABŞ dolları aşkar olunaraq maddi sübut kimi götürülüb. Evdən hansısa qızıl-zinət əşyasının götürülməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir”, – açıqlamada vurğulanıb.

Qeyd edək ki, Nurlan Librenin həyat yoldaşı Əsli Əlizadə Nurlanın anasının evində həyata keçirilmiş axtarış zamanı qızıl əşyaların götürüldüyünü iddia etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*