Dünyada məşhur türkiyəli restoran sahibi və sosial media fenomeni Nüsrət son illərdə idman tədbirlərinin daimi simasına çevrilib.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, o, Dünya Kubokundan tutmuş Super Kuboka qədər bir çox beynəlxalq turnirlərdə futbolçularla foto çəkdirib, hətta kubokları da əlinə alıb. Çempionlar Liqasının finalında da onu tribunada görməyi gözləyənlər var idi, lakin bu daha çox narahatlıq doğuran bir hal kimi qarşılanırdı.
Almaniyada keçirilən Çempionlar Liqasının finalında PSJ, INTER- i 5-0 hesabı ilə məğlub etdi. Bu zəfərdən sonra fransız klubu xüsusi bir gecədə uğurunu qeyd edib.
Nusret də bu tədbirdə iştirak etmək istədi
Əyləncənin keçirildiyi məkana daxil olmaq istəyən “Ət ustası” təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb. Onun yanındakı şəxslə birlikdə ərazidən sərt şəkildə uzaqlaşdırıldığı anlar sosial şəbəkələrdə geniş yayılaraq gündəmə çevrilib.
Hadisədən bir müddət sonra o, öz rəsmi “Instagram” səhifəsində məsələyə münasibət bildirib:
“Çempionlar Liqası final oyunundan sonra UEFA avtobusu ilə otelə qayıtdıq. Orada olma səbəbimiz bizi görmək istəyən minlərlə azarkeş idi. Mən hər zaman olduğu kimi onların sevgisinə cavab vermək və şəkil çəkdirmək üçün həmin ərazidə idim. Yaranan sıxlıq səbəbilə öz otelimə getmək üçün maşını gözləyirdim. Bu zaman arxam dönük vəziyyətdə dayanmışkən bir yalnış yönləndirmə oldu. Ortada hər hansı bir dəvət, parti və ya tədbir yox idi. Ona görə də məni partiyə buraxmadıqları ilə bağlı yayılan xəbərlər əsassızdır.”
Nüsrət sözlərinə belə davam edib:
“Bilinməlidir ki, biz heç vaxt bir yerə alınmaq üçün getmirik, sevgi ilə çağırıldığımız hər yerə getməkdən həmişə xoşbəxtlik duymuşuq. Belə kiçik şeylərə fikie verməyin”.