Nüvə danışıqları düzgün istiqamətdə aparılır – İranbackend

Nüvə danışıqları düzgün istiqamətdə aparılır - İran

Vyanada nüvə sazişi üzrə danışıqlar düzgün istiqamətdə gedir.

KONKRET.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

O bildirib ki, Qərb ölkələri xoş niyyət nümayiş etdirsələr, çox yaxın gələcəkdə konsensus əldə oluna bilər.

XİN rəhbərinin sözlərinə görə, Avropa Birliyi (AB) danışıqlarda fəal mövqe tutub:

“Əgər opponentlərimiz eyni yanaşma ilə danışıqları davam etdirsələr, o zaman yaxın gələcəkdə bütün tərəflər üçün məqbul olan razılaşma əldə oluna bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*