Nvidia şirkəti “Blackwell” mikroçiplərinin yeni nəslini təqdim edib.
KONKRET.az xəbər verir ki, istehsalçı onu dünyanın ən güclü çipi adlandırır.
“Bizə daha güclü GPU lazım idi. Ona görə də qərara gəldik ki, çox güclü GPU təqdim etməliyik”, – şirkətin baş direktoru Jensen Huan Kaliforniyada keçirilən konfransda yeni çipi təqdim edərkən bildirib.
Qeyd edək ki, proqram təminatını özündə ehtiva edən “Blackwell” böyük məlumatların emalı, mühəndislik modelləşdirməsi, elektronika dizaynının avtomatlaşdırılması, dərmanların hazırlanması, kvant hesablamaları və generativ süni intellektə kömək etmək üçün yüksək sürətli hesablamalar üçün nəzərdə tutulub.
Rəsmiyyə Şərifova,
KONKRET.az