Nyu-Yorkda təcavüzkar 14 dəqiqə ərzində 5 nəfəri güllələdibackend

Nyu-Yorkda təcavüzkar 14 dəqiqə ərzində 5 nəfəri güllələdi

Nyu-Yorkun Bruklin dairəsində bir avtomobil sürücüsü 14 dəqiqə ərzində ən azı beş nəfəri yaralayıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı NBC New York yerli polisə istinadən yayıb.

“Bazar ertəsi gecə Bruklində ən az beş nəfər avtomobil sürücüsü tərəfindən yaralanıb”, – deyə məlumatda bildirilir.

Polis müxtəlif yerlərdə atəş açıldığını, buna görə neçə nəfərin yaralana biləcəyi haqda informasiyaya olmadığını bildirib.

Sinəsindən ilk dörd güllə yarasını 23 yaşlı yerli qadın sakin alıb. 12 dəqiqədən sonra daha 19 yaşlı 3 oğlan arxadan güllələnib.

İki dəqiqədən sonra 19 yaşlı başqa bir oğlan mopedə minərkən belindən güllə yarası alıb. Nəqliyyat vasitəsinin arxa oturacağında olan qadın da yıxılıb və xəsarət alıb.

Yaralıların hamısı yerli xəstəxanadadır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirirlər ki, naməlum şəxs onları qəsdən hədəfə alıb. Ağ sedanda olan təcavüzkarın axtarışı davam edir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*