“O boyda YAP-da cəmi 2-3 nəfər var ki, siyasi mövqeyini müdafiə edə bilir”backend

“O boyda YAP-da cəmi 2-3 nəfər var ki, siyasi mövqeyini müdafiə edə bilir"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Martın 5-də keçiriləcək qurultayda bir çox köhnə YAP üzvlərinin, o cümlədən İcra Katibi Əli Əhmədovun partiya sıralarından kənarlaşdırılacağı haqda iddialar səsləndirilir.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu KONKRET.az-a açıqlamasında bildirib ki, ölkə başçısı İlham Əliyev özü də YAP-da islahatların keçiriləcəyi ilə bağlı fikirlər səsləndirmişdi:

“Doğrudan da yeni islahatlar həyata keçiriləcəksə və ölkədə yeniləşmə olacaqsa, o zaman Azərbaycan xalqının xeyrinə bəzi hadisələr baş verəcək. Düşünürəm ki, həyata keçirilən islahatların ruhuna uyğun yeni bir komanda ortaya çıxacaq. Çünki siyasi partiyanın özü də ölkədə aparılan islahatlara çox ciddi təsir edir. İllərdir eyni adamlar vəzifədədirlər, heç bir yeni ideologiya yoxdur və ideoloji mübarizə aparılmır.

Təsəvvür edin ki, YAP-dan televiziyalara danışmaq üçün çağırılmağa cəmi 2-3 nəfər şəxs var, hansı ki, partiyanın siyasi mövqeyini müdafiə etmək gücünə malikdirlər. Ona görə də, partiyada yeni kadrların irəli çəkilməsi lazımdır. Yeni ruhlu, gənc, Prezidentin həyata keçirdiyi islahatların ruhuna uyğun, düşünmə qabiliyyəti olan savadlı şəxslər önə çəkilməlidir. Yeni Azərbaycan Partiyası siyasi cəhətdən o qədər güclü olmalıdır ki, ona qarşı güclü müxalifət formalaşsın”.

Natiq Səlim,

KONKRET.az   

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*