“O qadın gəlsin görək, nə istəyir” – İcra hakimiyyətindən 75 yaşlı şəhid anasınabackend

"O qadın gəlsin görək, nə istəyir" - İcra hakimiyyətindən 75 yaşlı şəhid anasına

Bloger Tural Yusifli Qazax rayon Quşçu Ayrım kəndində lentə aldığı və evinin təmirə ehtiyacı olduğunu deyən şəhid anası, 75 yaşlı Əsmər Cəfərovanın videosunu sosial şəbəkədə paylaşıb.

KONKRET.AZ xəbər verir ki, Qazax rayon İcra Hakimiyyəti  başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova sözügedən video ilə bağlı “unikal.org”a açıqlama verib.

Başçının müavini qeyd edib ki, şəhid  anasına kömək etməyimiz üçün o, mütləq icra hakimiyyətinə gəlməlidir:

“Belə konkret məsələ ilə bağlı heç nə deyə bilmərəm. İcra hakimiyyətinin şəhid ailələri ilə bağlı problemi yoxdur. O qadın gəlsin görək, nə istəyir. Ondan sonra məsələyə baxaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*